03 İyun 2019
12:59
1058

İbrahimoviçdən daha bir qayçıvari qol - VİDEO

İsveçli futbolçu Zlatan İbrahimoviç növbəti dəfə möhtəşəm qola imza atıb.

İslahat.az xəbər verir ki, o, ABŞ-ın "Los Angeles Galaxy” klubu ilə "New England Revolution” komandasının oyununda, 84-cü dəqiqədə qayçıvari zərbə ilə qol vurub.

Bununla belə, onun qolu komandası üçün təsəllidən başqa bir şey olmayıb. Belə ki, 37 yaşlı İbrahimoviçin komandası öz meydanında 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki, Zlatan İbrahimoviç karyerası ərzində ən çox belə qol vuran futbolçu kimi tanınır.
 
İslahat.az