11 Noyabr 2020
10:58
1513

Hulusi Akar Zakir Həsənovla görüşdü (FOTOLAR)

Türkiyə Müdafiə naziri Hulusi Akar, Quru Qoşunları komandanı ordu-generalı Ümit Dündar və Hərbi Hava Qüvvələri komandanı ordu-generalı Hasan Küçükakyüz bu gün Azərbaycan Müdafiə Nazirliyinə gələrək, görüş keçiriblər.

İslahat.az-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi "twitter" səhifəsində məlumat verib.

Görüş zamanı Hulusi Akar Zakir Həsənovu qələbə münasibətilə təbrik edib.
 
İslahat.az