20 May 2019
12:11
773

“Huawei” telefonlarının sahibləri “Android” və “Google”dan istifadə edə bilməyəcəklər

Amerikanın "Google” şirkəti Çinin "Huawei” şirkəti ilə bizness-əlaqəni dayandırır.

İslahat.az Reuters-a istinadən xəbər verir ki, Çin şirkəti ABŞ sanksiyaları altına düşdüyündən onun "Google” texnologiyalarına çıxışı məhdudlaşdırılır.

Bu o deməkdi ki, "Huawei” qadjetləri "Android” sisteminin yenilənməsini almayacaqlar. Bundan əlavə, "Huawei” istifadəçiləri "Google”, "Google Play” və "Gmail” kimi proqramlara çıxışını itirəcək.

Buna baxmayaraq, Çin şirkətinin qadjetlərinə "Android”ın İnternetdə sərbəst axtarışda olan versiyasını yükləmək mümkündür.
 
İslahat.az