15 Noyabr 2020
16:19
1833

Hikmət Hacıyevdən ermənilərin Ağdam və Laçından çıxarılacağı vaxtla bağlı AÇIQLAMA

"Bəyanata əsasən, Azərbaycanın işğaldan azad olunan torpaqlarından ermənilərin mülki insanlarının, hərbçilərin çıxarılması davam etdirilir”.

İslahat.az-ın müxbirinin verdiyi məlumata görə, bunu bu gün keçirilən brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, 20 noyabrda Ağdam, dekabrın 1-də isə Laçından ermənilərin çıxarılmasını nəzərdə tutan vaxt olduğu kimi saxlanılır.

İslahat.az