05 Sentyabr 2019
16:33
738

“Hərbiyyə” vətənpərvərlik düşərgəsini daha sistemli şəkildə təşkil edəcəyik – Ülvi Mehdiyev

"Bu gün Beyləqanda baş tutan "Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsi bu il üçün artıq ikinci düşərgədir. Bir müddət öncə Gədəbəy rayonunda Müdafiə Nazirliyi ilə birgə 100 nəfər könüllü üçün düşərgə təşkil olunmuşdur.

Könüllülərin çoxsaylı müraciətlərini nəzərə alaraq Bakının azad olunmasının 101 illiyinə həsr edilmiş "Hərbiyyə 101” hərbi vətənpərvərlik düşərgəsinə start verdik. Ümumlikdə isə bu dördünçü düşərgədir”.

İslahat.az "Yeni Gundem” - ə istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə müsahibəsində bildirib. O bildirib ki, bu gün Beyləqanda ikinci "Hərbiyyə” düşərgəsinin açılşıdır. Bu düşərgəyə 101 Asan Könüllüsü cəlb edilib. İlk elan verildiyi gündən 1200 gənc bu düşərgədə iştirak üçün müraciət etmişdir. Bu da gənclərimizn böyük həvəsinin göstəricidir. Məhz biz bunu nəzərə alaraq gələcəkdə daha sistemli şəkildə Silahlı Qüvvlərinin rəhbərliyi ilə bu düşərgəsini təşkil edəcəyik.

Qeyd edək ki, ASAN xidmət, Müdafiə Nazirliyi və "ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə bu gün Beyləqanda baş tutan düşərgə sentyabrın 10-dək davam edəcək. Hərbi simulyasiya formatında həyata keçiriləcək bu layihə çərçivəsində iştirakçılar müxtəlif peşəkar hərbi təlimlərə cəlb olunacaq, taktiki hazırlıq, qarovul, atəş, topoqrafiya, komandir və digər hərbi hazırlıqlarda iştirak edəcəklər. Eyni zamanda müxtəlif tarixi-mədəni ərazilərə ekskursiyalar təşkil olunacaq.
 
İslahat.az