15 Noyabr 2021
13:25
21084

Həndbol Federasiyası kişilərdən ibarət millinin bir neçə üzvünü komandadan kənarlaşdırıb - RƏSMİ

Azərbaycan Həndbol Federasiyasında (AHF) vitse-prezident Orxan Abbasovun rəhbərliyi ilə iclas keçirilib.

İslahat.az xəbər verir ki, iclasda AHF şura üzvləri, komandaların baş məşqçiləri və Gənclər və İdman Nazirliyinin nümayəndəsi iştirak edib.

İclasın əvvəlində Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və qazilərə şəfa arzu edilib. İclası giriş sözü ilə açan Orxan Abbasov iclasın gündəliyində olan məsələləri elan edib. Daha sonra şura üzvlərinin fikirləri və təklifləri dinlənilib.

Bir qrup həndbolçunun mətbuatda və sosial şəbəkələrdə həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar yayması, məşqçi heyətini təhqir etməsi, məşq prosesində iştirak etməməsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılaraq səs verməyə qoyulub. Yekunda kişilərdən ibarət həndbol milli komandasının bir neçə üzvünün komandadan kənarlaşdırılması ilə bağlı yekdil qərar qəbul olunub.

İslahat.az