15 Sentyabr 2020
17:24
2537

"Həmsədrlərin yeganə işi münaqişəni dondurmaqdan ibarətdir" ÖZƏL-MÖVQE

"Ermənistanın işğal olunmuş ərazilərimizdə qeyri-qanuni məskunlaşdırma siyasəti aparması bir növ ATƏT-in Minsk Qrupu həmsədrlərinin düzgün işləməməsinin və hadisələrə biganə yanaşmasının göstəricisidir”. 
 
İslahat.az xəbər verir ki, bunu SİA-ya millət vəkili Asim Mollazadə deyib.

Deputatın sözlərinə görə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin yeganə işi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini dondurmaqdan ibarətdir: "Biz bu məsələni Avropa Şurasının müvafiq komitələrindən qaldırmışıq. Eləcə də Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər komitəsi bu məsələ ilə bağlı bütün beynəlxalq təşkilatlara və bir sıra ölkələrin parlamentlərinə müraciət edərək onları məlumatlandırıb. Ermənistanın işğal olunmuş ərazilərimizdə qeyri-qanuni məskunlaşdırma siyasəti çox kobud surətdə beynəlxalq hüquq normalarını pozmaq deməkdir. Bu kimi məsələlərin qarşısının alınması üçün Azərbaycanın ilk növbədə beynəlxalq təşkilatların dəstəyini qazanmalıdır”.
 
İslahat.az