11 Yanvar 2022
11:37
22282

Helikopter qəzasında həlak olan hərbi qulluqçuların anım mərasimi keçirildi - FOTO

Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçuların anım mərasimləri keçirilib.

İslahat.az xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və digər rəhbər vəzifəli şəxslər Bakı şəhərində II Fəxri Xiyabanda, Əmircan və Zirə qəsəbələrində, həmçinin Beyləqan rayonunda hərbi qulluqçuların məzar­larını ziya­rət edib əziz xatirələrini ehtiramla yad edib, daha sonra yas məra­sim­lərində iştirak ediblər.

İslahat.az