26 Oktyabr 2021
13:27
21025

Həkimdən COVID-19 vaksininin sonsuzluq yaratdığına dair iddialara CAVAB

"Koronavirusa qarşı vaksinlərin sonsuzluq yaratmasına dair heç bir sübut yoxdur”.

İslahat.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi ginekoloq cərrah Emin Haqverdiyev nazirliyin sosial şəbəkələrdəki hesablarına daxil olan sualları cavablandırarkən deyib. 

COVID-19 peyvəndi sonsuzluğa səbəb ola bilərmi? - sualını cavablandıran həkim bu iddiaların əsassız olduğunu deyib:

"Xeyr, COVID-19 peyvəndinin qadınlarda və ya kişilərdə sonsuzluq problemlərinə səbəb olduğuna, plasentaya və dölə zərər verdiyinə dair heç bir sübut yoxdur. Hamiləlik üçün çalışan qadınlar COVID-19 peyvəndi ola bilərlər, bəzən əksi iddia edilsə də hamiləliyin təxirə salınması üçün heç bir səbəb yoxdur”.

İslahat.az