30 Sentyabr 2020
17:22
1655

Hansı məktəblərdə tədrisin həftədə beş dəfəyə keçiriləcəyi MƏLUM OLDU

"Məktəblər iki kateqoriyaya ayrılır: şagird sayı 200-dən yüksək və 200-dən aşağı olanlar".

İslahat.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili mövzusunda keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, şagird sayı 200-dən az olan kiçik kənd məktəblərində yoluxma olmadığını nəzarə alaraq həftədə iki dəfə deyil 5 dəfə ənənəvi formada tədris aparıla bilər: "Belə məktəblərin sayı 2 307-dir".
 
İslahat.az