08 Fevral 2021
18:10
14267

Hamiləliyə hazırlıq – Ginekoloq Xumar İsmayılovadan tövsiyyələr

Ginekoloq Xumar İsmayılova: "Uşağın sağlam doğulması üçün həm qadın, həm də kişi müayinədən keçməlidir”.

Bədəniniz hamiləlik üçün hazırdırmı?

Hamiləlik öncəsi planlamada sizi nələr gözləyir?

Uşağın sağlam doğulması üçün həm qadın, həm də kişi müayinədən keçməlidir. Nəticədə dölü bədəndə daşıyacaq olan qadındır və yalnız özü üçün deyil, bətnində daşıyacağı yeni bir həyat üçün də cavabdehlik daşıyır.

Hamiləlik planlamadan öncə qadınlar aşağıdakı analizləri verməlidirlər:

• Qanın ümumi analizi;
• Sidiyin ümumi analizi;
• PZR-müayinəsi üçün uşaqlıq boynundan nümunə;
• Nümunənin sitologiyası;
• Qalxanvari vəzin hormonları;
• Süd və qalxanvari vəzlərin, kiçik çanaq orqanlarının USM-i. Hamiləliyin planlaşdırılması zamanı infeksiyaların olduğuna dair analizlər.

Viruslar və infeksiyalara qarşı anticisimlərin təyin edilməsi, həmçinin hamiləliyin planlaşdırılması zamanı qadınlar üçün əsas analizlərdir. Onlara aşağıdakı analizlər aiddir:

• Toksoplazmozaya, herpese, məxmərəyə, sitomeqalovirusa və insanın papiloma virusuna qarşı anticisimlər;
• İİV, siflis, qonokoklar, mikoplazmalar, qardnerelar və başqaları;
• Bağırsaq çöpləri, stofilokokk;
• Qanın laxtalanması.

Qanda infeksiya aşkar edildiyi halda onu və onun partnyorunu müalicə etmək lazımdır və yalnız bundan sonra planlaşdırmaya başlamaq olar. Cinsi infeksiyalar yoluxucudurlar və onlar körpəyə ötürülürlər, bu isə ona neqativ təsir edir.
 
Toksoplazmoz, məxmərək və sitiomeqalovirus dölün sağlamlığı üçün çox təhlükəlidir.
 
Toksoplazmoz bir parazitdir. Doğulacaq uşaqda ilkin yoluxma baş verdikdə, ciddi inkişaf qüsurları əmələ gələ bilər. Buna misal olaraq, ətrafların hər hansı birinin olmaması, uşaqda qurdağızlılıq, dovşandodaqlılıq kimi qüsurlar törədəcəyi gözləniləndir. Buna görə də həkimlər 24 həftəyə qədər olan müddətdə hamiləliyin dayandırılması ilə bağlı təkid edirlər. Beləliklə, Toxoplasma Gondii-də hamiləliyin planlaşdırılması zamanı analizlər IgM (xəstəliyin kəskin mərhələsi) və IgG (qadın keçmişdə toksoplazmoz xəstəliyini keçirib) anticisimlərinin aşkarlanması üçün lazımdır.
 
Anticisimlərin aşkarlanmadığı halda, qadına ehtiyat tədbirlərinə riayət etmək göstərişi verilir.
 
Məxmərəyə görə hamiləliyin erkən müddətində ağır patalogiyalar yarana bilər.
 
Buna görə də, məxmərək ilə yoluxma aborta göstəriş ilə nəticələnir. Məxmərəyə qarşı xüsusi immunitet, 20 il ərzində təsir göstərən vaksinləmə sayəsində yaranır. Sitomeqalovirusla yoluxma nəticəsində döl həlak ola bilər və ya anadangəlmə sitomeqaliya ilə inkişaf edə bilər. Lakin, hamilənin virus daşıyıcısı olması ciddi nəticələrə gətirib çıxarmır.

Hamiləliyin planlaşdırılması zamanı əlavə analizlər

Hamiləliyin planlaşdırılmasından əvvəl yerdə qalan analizlər anamnezdə qeyri-müntəzəm mensturasiya dövrü, mayalanma ilə problemləri, abortları və uşaq salmaları olan qadınlara təyin edilir. Bu halda cinsi hormonlarla bağlı qan verirlər, uşaqlıq borularının keçirilmə qabiliyyətini yoxlanılır.
Endokrinoloq böyrək üstü vəzlərin, qalxanvari vəzin və başqa orqanların müayinəsinə göndərə bilər. Sonsuzluq və ya hamiləliyin pozulması zamanı antikoaqulyantın, TPO-anticisimlərin, xorionik qonadotropinə, fosfolipidlərə qarşı anticisimlərin və s. aşkarlanması üçün analizlər təyin oluna bilər.
Bundan başqa hamiləliyin planlaşdırılması zamanı immunoloji müayinənin keçirilməsi tövsiyə edilir. Ondan sonra, peyvəndlərə ehtiyacın olub-olmaması məsələsi həll edilir. Onlara, məsələn, qadında məxmərəyə qarşı anticisimlər toplanmadığı halda ehtiyac duyulur. Belə ki, onu mütləq hamiləlikdən ən azı üç ay əvvəl etmək lazımdır. Unutmamalıyıq ki, məxmərəyə yoluxduqda uşaqda inkişaf qüsurları yaranır. Bəzi mütəxəssislər deyirlər ki, hepatit B-yə qarşı da qabaqlayıcı vaksinləmələr tövsiyə edilir. Bəzi hallarda qripə qarşı peyvənd də lazım ola bilər.
 
Hamiləliyin planlaşdırılması zamanı kişilər üçün analizlər

Bir qayda olaraq, məhz gələcək ana mayalanmadan əvvəl analizlər verir. Lakin, bütün mütəxəssislər bəyan edir ki, onlar kişilər üçün də vacibdir. Beləliklə, həkimdən əvvəlcədən maraqlanmaq vacibdir ki, hamiləliyin planlaşdırılması zamanı kişilər üçün hansı analizlər lazım gələcək?

Mütləq siyahıya aşağıdakılar daxildir:

• İİV-ə, sifilisə, hepatitə görə qan analizi;
• Cinsi infeksiyalarla bağlı analiz;
• Flüoroqrafiya;
• Rezus-faktor üçün qan verilməsi.

Əgər kişi amilinə görə sonsuzluğa şübhə varsa, bəzi hallarda spermoqrammaya ehtiyac duyula bilər.

Bundan başqa, cinsi orqanların ultra səs müayinəsi, hormonlarla bağlı analiz və həkimin anamnez əsasında təklif edəcəyi digər müayinələr təyin edilə bilər. Bəzən cütlüyə genetik ilə konsultasiya təyin edilir.

Ginekoloq sizə lazım olan analizləri məsləhət görəcək.

Hamiləlik dövründə gələcək ana və atanın xroniki xəstəlikləri dölün sağlamlığına neqativ təsir göstərə bilər. Buna görə də, xəstəlikləri mayalanmadan öncə müalicə etmək üçün onları planlaşdırma mərhələsində aşkar etmək vacibdir.

QEYD: Övladınızın sağlam dünyaya gəlməsi üçün öz sağlamlığınızı qorumağınız vacibdir. Yenə də təkrar edirəm, uşağın sağlam doğulması üçün həm qadın, həm də kişi müayinədən keçməlidir. Sizin sağlamlığınız övladınızın sağlamlığına zəmanətdir.
 
 
Əlavə suallar üçün həkimlə əlaqə:
 
 

İslahat.az