02 İyul 2019
10:33
665

Hacıqabulda başına daş dəyən qız uşağı öldü

Hacıqabul rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, Hacıqabul sakini, 2012-ci il təvəllüdlü Rəhimova Şahanə Həsən qızı kəllə-beyin travması ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Azyaşlı xəstəxanada dünyasını dəyişib.

İlkin məlumata görə, Ş.Həsənova həmyaşıdları ilə oynayarkən ona atılan daş gicgahına dəyib.

Faktla bağlı araşdırma aparılır.

İslahat.az