30 İyul 2021
15:01
20337

Gözdə Dizdar: ASEAN-la əməkdaşlığı genişlətməyi tövsiyə etdi: "2030-cu ildə ümumi ÜDM-i 6 trilyon dolları keçəcək"

Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası ( ASEAN) haqqında məqalə yazıb.
 
İslahat.az-ın məlumatına görə, yazıda qeyd edilib ki, ASEAN-ın təməlləri 1961-ci ildə Malayziya, Filippinlər və Tayland birliyi tərəfindən qurulan Cənub-Şərqi Asiya Birliyinə (ASA) əsaslanır.

"Lakin ingilislərin bölgədən çəkilməsindən sonra üzv dövlətlər ərazi mübahisələrinə görə varlıqlarını davam etdirə bilmədilər. Sonrakı illərdə Sinqapur və İndoneziya bölgədə daha təsirli bir əməkdaşlıq qurmaq üçün ASA üzvlərinin tərəfinə keçdi və 1967-ci ildə ASEAN-ın qurucu mətni olan Bangkok Bəyannaməsini nəşr etdilər. Təşkilatın əsas məqsədi bölgədəki anlaşmazlıqları və Vyetnam müharibəsinin təsiri ilə yaranan qarşıdurmaları dayandırmaq, sabitliyi təmin etmək idi. Soyuq Müharibədən sonra yeni üzvlərin əlavə edilməsi ilə ASEAN üzvləri arasında iqtisadi fəaliyyət artmağa başladı. 
İttifaq 1984-cü ildə Bruney, 1995 -ci ildə Vyetnam, 1997-ci ildə Laos və Myanma, 1999-cu ildə Kamboca ilə birləşməsi nəticəsində indiki formaya gəlib. Xülasə, birlik İndoneziya, Malayziya, Tayland, Filippin, Sinqapur, Bruney, Vyetnam, Laos, Myanma və Kambocadan ibarətdir. ASEAN-da bütün qərarlar yekdilliklə qəbul edilir. Birliyin ən yüksək qərar qəbul etmə mexanizmi olan ASEAN zirvəsi hər il bütün dövlət və hökumət başçılarının iştirakı ilə toplanır. ASEAN baş katibinin rəhbərlik etdiyi katiblik bu assosiasiyanın sammitində qəbul edilən qərarların icrası, monitorinqi və əlaqələndirilməsindən məsuldur", - deyə məqalədə bildirilir.  

Məqalədə həmçinin ASEAN-ın təsir dairəsi və Türkiyə ilə əlaqələrindən də bəhs olunub:

ASEAN bölgəsinin iqtisadi gücü 

"ASEAN genişliyi 4,5 milyon kvadrat kilometr və 639 milyon əhalisi olan böyük bir iqtisadi güc təşkil edir. İttifaq  Çin və Hindistandan sonra dünyanın 3-cü ən böyük bazarıdır. 2018-ci ilin məlumatlarına görə, Mərkəzi İndoneziyanın paytaxtı Cakartada yerləşən ASEAN və ASEAN üzv ölkələrinin ümumi ÜDM-i 2,8 trilyon ABŞ dolları olub. Hazırda dünyanın beşinci ən böyük iqtisadiyyatı olan təşkilatın ÜDM rəqəmlərinin 2030-cu ildə 6 trilyon dolları keçəcəyi gözlənilir". 

Türkiyə ilə əlaqələr

"Türkiyə 1999-cu ildə ASEAN ilə korporativ əlaqələrini inkişaf etdirmək qərarı aldı və bu çərçivədə dialoq və ya sektoral dialoq tərəfdaşı olmaq niyyətini bildirdi. 19-23 iyul  2010 tarixində Vyetnamda keçirilən 43-cü ASEAN Xarici İşlər nazirlərinin toplantısı zamanı Türkiyə Dostluq və Əməkdaşlıq Anlaşmasına (ASEAN/TAC) qoşuldu. Son zamanlarda ittifaqla əlaqələr sürətləndi. 2002-ci ildə üzv ölkələrlə təxminən 1,3 milyard dollar olan ticarət həcmi 2018-ci ildə 8,7 milyard dollara yüksəldi. Necə ki, ABŞ, AB, Rusiya və Çin olmadan gələcək ssenarilər üzrərində işləmək mümkün deyil, eləcə də ASEAN ölkələrini görməzlikdən gəlmək və ya əhəmiyyətsiz etməklə bu qurula bilməz. Bu səbəbdən ASEAN ölkələri ilə hər sahədə əlaqələrə daha çox əhəmiyyət verilməlidir. Türkiyənin dünyada daha güclü söz sahibi olması üçün ASEAN ölkələri ilə hər cür əməkdaşlıq  etməsi vacibdir".
İslahat.az