14 İyun 2022
16:55
17015

Göygöldə TIR-la “KamAZ” toqquşdu: Ölən var - FOTO

Göygöl rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

İslahat.az APA-nın yerli bürosunun məlumatına istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan TIR arxadan "KamAZ”a çırpılıb.Qəza zamanı TIR-ın sürücüsü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

İslahat.az