19 Dekabr 2019
12:11
779

Gürcüstanın Azərbaycana - İXRACI ARTIB

Bu ilin yanvar-noyabr aylarında Gürcüstandan Azərbaycana 444 milyon 618,2 min dollar dəyərində məhsul ixrac olunub.

İslahat.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə qonşu ölkənin Azərbaycana ixracında 2,2% artım qeydə alınıb.

Hesabat dövründə Azərbaycan Gürcüstanın ümumi ixracında 13,1% paya sahib olmaqla, Rusiyadan sonra qonşu ölkənin ikinci əsas ixrac tərəfdaşı olub.

İslahat.az