17 Mart 2020
16:07
326

Gürcüstanda şəhərlərarası sərnişin daşımaları dayandırılır

Gürcüstanda sabahdan etibarən Tbilisi ilə yanaşı, bölgələrdə və şəhərlərarası sərnişin daşımalarında mikroavtobusların hərəkəti qadağan olunacaq.

İslahat.az "Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.

Baş nazir Giorgi Qaxaria bu qərarla bölgə qubernatorlarını tanış edib. O, qubernatorları koronavirusla mübarizə istiqamətində qəbul edilən qərar və tövsiyələri effektiv yerinə yetirməyə çağırıb.

Tbilisinin sərnişin avtobuslarında da sabahdan yeni qaydalar tətbiq olunacaq. Sürücü kabinəsi tam təcrid olunacaq, sərnişinlər yalnız arxa qapıdan istifadə edə biləcəklər. Bununla yanaşı, avtobuslarda konduktorların fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq.

İslahat.az