10 Aprel 2020
10:41
286

Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

Gürcüstanda koronavirus diaqnozu qoyulan şəxslərin sayı 227 nəfərə çatıb.

İslahat.az bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında məlumat verilir.

Bildirilir ki, bu günə qədər COVID-19 infeksiyasına yoluxanların 52-si sağalıb, 3-ü isə ölüb.

Karantində 4 829, stasionar nəzarətdə isə 410 nəfər saxlanılır.

İslahat.az