06 İyul 2020
10:17
406

Gürcüstanda daha 2 nəfərdə koronavirus aşkarlanıb

Gürcüstanda daha 2 nəfərdə koronavirus aşkarlanıb.

İslahat.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da, qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 953-ə çatıb. Xəstəlikdən 830 nəfər sağalıb, 15 nəfər isə vəfat edib.

Hazırda Gürcüstan üzrə karantində 3 828, stasionar nəzarətdə isə 192 nəfər saxlanılır.
 
İslahat.az