29 May 2020
10:42
375

Gürcüstanda koronavirusa yoluxanların sayı 746-ya çatdı

Gürcüstanda daha 8 nəfərdə koronavirus aşkarlanıb.

İslahat.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 746-ya çatıb. Onların 576-sı müalicə olunaraq sağalıb, 12-si isə vəfat edib.

Hazırda ölkə üzrə karantində 2 966, stasionar nəzarətdə isə 250 nəfər saxlanılır.
 
İslahat.az