24 May 2020
10:50
402

Gürcüstanda koronavirusa yoluxanların sayı 730-a çatdı

Gürcüstanda koronavirusa yoluxanların sayı 2 nəfər artaraq 730-a çatıb.

İslahat.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

İndiyədək qonşu ölkədə COVID-19-dan 522 nəfər sağalıb, 12 nəfər isə ölüb.

Hazırda ölkə üzrə karantində 3 511, stasionar nəzarətdə isə 243 nəfər saxlanılır.
 
İslahat.az