25 Mart 2020
16:22
404

Gürcüstanda koronavirusa yoluxanların sayı 73-ə çatıb

Gürcüstanda koronavirus yoluxma hallarının sayı 73-ə çatıb.

İslahat.az "Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi rəsmi saytda bildirilib.

Koronavirusa yoluxanların 9-u tam sağalıb.

Hazırda karantində 4 055, stasionar nəzarətdə isə 252 nəfər saxlanılır.

İslahat.az