23 May 2020
11:42
377

Gürcüstanda koronavirusa yoluxanların sayı 728-ə çatdı

Gürcüstanda daha 5 nəfərdə koronavirus aşkarlanıb.

İslahat.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 728-ə çatıb. Onların 509-u artıq sağalıb, 12-si isə dünyasını dəyişib.

Hazırda ölkə üzrə karantində 3 259, stasionar nəzarətdə isə 323 nəfər saxlanılır. Xaricdən gətirilən 3 Gürcüstan vətəndaşı da ölkədə müalicə olunur.
 
İslahat.az