22 May 2020
10:16
316

Gürcüstanda koronavirusa yoluxanların sayı 723-ə çatdı

Gürcüstanda son sutka ərzində daha 2 nəfərdə koronavirus aşkarlanıb.

İslahat.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 723-ə çatıb. Sağalanların sayı isə 10 nəfər artaraq 495 olub. Virusdan ölüm hallarının sayı isə 12-dir.

Hazırda ölkə üzrə karantində 3 614, stasionar nəzarətdə isə 316 nəfər saxlanılır.
 
İslahat.az