08 Avqust 2020
11:29
813

Gürcüstanda koronavirusa 3 yeni yoluxma faktı təsdiqlənib

Gürcüstanda son sutkada koronavirusa 3 yeni yoluxma faktı təsdiqlənib, 2 pasiyent sağalıb.

İslahat.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19 aşkarlanan şəxslərin sayı 1 216, sağalanların sayı isə 996 nəfərə çatıb. Xəstəlikdən vəfat edənlərin sayı isə 17 nəfərdir. 203 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.

Hazırda Gürcüstan üzrə 7 166 nəfər karantində, 282 nəfər isə stasionar nəzarətdə saxlanılır.
 
İslahat.az