21 Sentyabr 2020
10:51
1255

Gürcüstanda koronavirusa 193 yeni yoluxma faktı təsdiqlənib

Gürcüstanda son sutkada koronavirusa 193 yeni yoluxma faktı təsdiqlənib, 40 pasiyent sağalaraq evə buraxılıb, 1 nəfər isə vəfat edib.

İslahat.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma sayı 3 695-ə, sağalanların sayı isə 1 534-ə çatıb. Xəstəlikdən vəfat edənlərin sayı isə 20 olub.

Hazırda ölkə üzrə karantin zonalarında 4 988, tibbi nəzarətdə isə 836 nəfər saxlanılır.
 
İslahat.az