06 Avqust 2020
10:01
302

Gürcüstanda daha 9 nəfər koronavirusa yoluxub

Gürcüstanda son sutkada koronavirusa 9 yeni yoluxma halı qeydə alınıb, 13 pasiyent sağalıb.

İslahat.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 1 206, sağalanların sayı isə 987 nəfərə çatıb. Xəstəliyə tutulan 17 nəfər isə vəfat edib. 

Hazırda Gürcüstan üzrə karantində 7 071, tibbi nəzarətdə isə 294 nəfər saxlanılır. 
 
İslahat.az