28 İyul 2020
10:15
374

Gürcüstanda daha 8 nəfər koronavirusa yoluxub

Gürcüstanda son sutkada koronavirusa 8 yeni yoluxma halı təsdiqlənib.

İslahat.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da, qonşu ölkədə COVID-19-a yoluxanların sayı 1 145-ə çatıb. Onların 927-si müalicə olunaraq sağalıb, 16-sı isə vəfat edib.

Hazırda Gürcüstan üzrə karantində 6 459, stasionar nəzarətdə isə 353 nəfər saxlanılır.
 
İslahat.az