07 Avqust 2020
10:29
752

Gürcüstanda daha 7 nəfərdə koronavirus aşkarlanıb

Gürcüstanda daha 7 nəfərdə koronavirus aşkarlanıb, 7 pasiyent müalicə olunaraq sağalıb.

İslahat.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 1 213, sağalanların sayı isə 994 nəfərə çatıb. Xəstəlikdən 17 nəfər vəfat edib. 

Hazırda Gürcüstan üzrə karantində 6 680, stasionar nəzarətdə isə 333 nəfər saxlanılır.

İslahat.az