02 Avqust 2020
10:34
340

Gürcüstanda daha 6 nəfər koronavirusa yoluxub

Gürcüstanda son sutkada koronavirusa 6 yeni yoluxma halı təsdiqlənib, daha 8 nəfər sağalıb.

İslahat.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19 aşkarlanan şəxslərin sayı 1 177, sağalanların sayı isə 955 nəfərə çatıb. Xəstəlikdən vəfat edənlərin sayı 17, aktiv koronavirus xəstələrinin sayı isə 205 nəfər təşkil edir.

Hazırda Gürcüstan üzrə karantində 6 969, stasionar nəzarətdə isə 285 nəfər saxlanılır.
 
İslahat.az