13 Avqust 2020
11:24
635

Gürcüstanda daha 5 nəfərdə koronavirus aşkarlanıb

Gürcüstanda daha 5 nəfərin koronavirusa yoluxduğu müəyyən olunub, 10 pasiyent sağalıb.

İslahat.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 1 283 nəfərə, xəstəlikdən sağalanların sayı isə 1 068 nəfərə çatıb. 17 nəfər isə vəfat edib. 198 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.

Hazırda Gürcüstan üzrə karantində 7 718,  stasionar nəzarətdə isə 245 nəfər saxlanılır.
 
İslahat.az