Gürcüstanda daha 3 yeni yoluxma faktı aşkarlanıb
Gürcüstanda son sutkada koronavirusa 3 yeni yoluxma faktı təsdiqlənib.
İslahat.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19 aşkarlanan şəxslərin sayı 1 182-yə çatıb. Onların 962-si sağalıb, 17-si isə vəfat edib.
Hazırda Gürcüstan üzrə karantində 7 007, tibbi nəzarətdə isə 280 nəfər saxlanılır.
İslahat.az