26 Sentyabr 2020
10:42
1379

Gürcüstanda daha 296 nəfər koronavirusa yoluxub

Gürcüstanda son sutka ərzində koronavirusa 296 yeni yoluxma faktı təsdiqlənib, 60 pasiyent sağalıb.

İslahat.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 4 960-a, sağalanların sayı isə 1 819-a çatıb. Xəstəlik səbəbindən 27 nəfər dünyasını dəyişib.

Hazırda karantində 5 584, tibbi nəzarətdə isə 836 nəfər saxlanılır. 781 siptomsuz xəstə isə xüsusi otellərdə müalicə olunur.
 
İslahat.az