16 Sentyabr 2020
10:52
2447

Gürcüstanda daha 196 nəfər koronavirusa yoluxdu

Gürcüstanda son sutkada daha 196 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 31 pasiyent sağalıb.

İslahat.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19 aşkarlananların sayı 2 758-ə, sağalanların sayı isə 1 412-yə çatıb. Xəstəlik səbəbindən 19 nəfər dünyasını dəyişib.

Hazırda 6 633 nəfər karantində, 836 nəfər isə tibbi nəzarətdə saxlanılır. 
 
İslahat.az