24 İyul 2020
12:25
359

Gürcüstanda daha 19 nəfər koronavirusa yoluxub

Gürcüstanda son sutkada koronavirusa 19 yeni yoluxma halı təsdiqlənib.

İslahat.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da, qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 1 104 nəfərə çatıb. Həmin şəxslərin 914-ü sağalıb, 16-sı isə vəfat edib.

Hazırda Gürcüstan üzrə karantində 5 936, stasionar nəzarətdə isə 268 nəfər saxlanılır.
 
İslahat.az