15 Sentyabr 2020
11:08
2255

Gürcüstanda daha 170 nəfərdə koronavirus aşkarlandı

Gürcüstanda son sutkada koronavirus infeksiyasına 170 yeni yoluxma halı təsdiqlənib.

İslahat.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 2 562-yə çatıb. Onların 1 369-u sağalıb, 19-u isə vəfat edib.

Hazırda karantində 6 633, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır. 
 
İslahat.az