05 Avqust 2020
11:37
345

Gürcüstanda daha 15 nəfərdə koronavirus aşkarlanıb

Gürcüstanda son surkada daha 15 nəfərdə koronavirus təsdiqlənib, 12 pasiyent sağalıb.

İslahat.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19 diaqnozu qoyulan şəxslərin sayı 1 197, sağalanların sayı isə 974-ə çatıb. Vəfat edənlərin sayı isə 17 nəfərdir. Xüsusi rejimli xəstəxanalarda 206 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir. 

Hazırda Gürcüstan üzrə 7 066 nəfər karantində, 294 nəfər isə stasionar nəzarətdə saxlanılır.
 
İslahat.az