26 İyul 2020
12:08
358

Gürcüstanda daha 14 nəfərdə koronavirus aşkarlanıb

Gürcüstanda son sutkada koronavirusa 14 yeni yoluxma halı təsdiqlənib, daha 3 nəfər müalicə olunaraq sağalıb.

İslahat.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da, qonşu ölkədə indiyədək COVID-19 diaqnozu qoyulanların sayı 1 131-ə, sağalanların sayı isə 920-yə çatıb. Xəstəlikdən ölüm göstəricisi isə 16 nəfərdir.

Hazırda Gürcüstan üzrə karantində 6 183, stasionar nəzarətdə isə 302 nəfər saxlanılır.
 
İslahat.az