Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda "qızqaçırma” faciə ilə nəticələnib.
Hadisə Alqeti kəndində baş verib.
Belə ki, qrup yoldaşı 23 yaşlı yerli sakini evlənmək məqsədi ilə qaçırmaq istəyib.
Qızın ailə üzvləri onun evlənməyinə qarşı çıxıblar. Onlar polisə müraciət edərək cinayətkarın tutulmasını tələb ediblər.
Məlum olub ki, qız qrup yoldaşına getmək fikrində olub - ona hansısa zor tətbiq edilməyib.
Gürcüstan Daxili İşlər Nazirliyi hələlik hadisə ilə bağlı şərh verməyib.
İslahat.az