24 Mart 2020
14:07
276

Gürcüstanda 28 Azərbaycan vətəndaşı karantində saxlanılır

Gürcüstanda Saxere karantin zonasında 28 Azərbaycan vətəndaşı karantində saxlanılır.

İslahat.az APA-ya istinadən xəbər verir ki, bu barədə klinikanın direktoru Mixeil Kamuşadze bildirib.

O qeyd edib ki, hazırda karantin zonasında ümumilikdə 62 nəfər saxlanılır ki, onlardan 28-i Azərbaycan vətəndaşıdır. Karantində saxlanılanlardan 6-da koronavirusun tipik sindromları var və onlardan götürülən analizlər artıq laboratoriyaya göndərilib.

İslahat.az