15 Aprel 2020
12:57
458

Gürcüstan Prezidenti Azərbaycana təşəkkür etdi

Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycana təşəkkür edib.
İslahat.az xəbər verir ki, bu barədə məlumat siyasətçinin "Twitter” səhifəsində yerləşdirilib.
"Bu gecə Bakıda Heydər Əliyev Mərkəzinin binası Gürcüstan bayrağının rənglərinə boyanıb. Bu dəstək nümayişi üçün təşəkkür edirik. Bu, Azərbaycan xalqının həmrəyliyinin ən yaxşı mesajıdır. Biz birlikdə daha güclüyük!”.
İslahat.az