12 Dekabr 2019
16:22
783

Gürcüstan parlamentində fövqəladə vəziyyət yarandı

Gürcüstan parlamentinin deputatları iclas zalından təxliyyə olunub.

İslahat.az xəbər verir ki, bu barədə Gürcüstanın Birinci Kanalı məlumat yayıb.

Parlamentə olan jurnalistlər bildirir ki, binaya daxil olan iki deputat gətirdikləri naməlum maddəni iclas zalına püskürdüblər.

Spiker İrakli Kobaxidze vəziyyəti şərh edərək xəbərdalıq edib ki, qanunverici orqanın iclasına müdaxilə edən deputatlar sərt cəzalandırılacaq. 

İclasda 50 dəqiqəlik fasilə elan edilib.

Qeyd edək ki, bu dəqiqələrdə Gürcüstan parlamentinin önündə etiraz aksiyası keçirilir. Nümayişçilər hakimlərin Ali Məhkəməyə seçilməsinə etiraz edirlər.

İslahat.az