21 May 2020
11:25
155

Gürcüstan hökuməti fövqəladə vəziyyətlə bağlı qərar verdi

Gürcüstan hökuməti fövqəladə vəziyyət və komendant saatının uzadılmaması barədə qərar qəbul edib.

İslahat.az xəbər verir ki, bu barədə baş nazir Giorgi Qaxaria bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə koronavirusdan 224 nəfər müalicə olunur.

Baş nazir deyib ki, Gürcüstanı mərhələli şəkildə, lakin çox ehtiyatla normal həyat ritminə qaytarmaq lazımdır.

Qeyd edək ki, qonşu ölkədə fövqəladə vəziyyət rejimi mayın 22-dək davam edir. 
 
İslahat.az