12 Noyabr 2021
19:33
21100

Goranboyun Abbasqulular kəndində əhalinin içməli su problemi həll edilib - FOTO

Goranboy rayonunun Abbasqulular kəndində 406 nəfəri əhatə edən 116 abonentə, ümumlikdə 3973 metr olmaqla müvafiq borular vasitəsi ilə içməli su xəttlərin çəkilişləri başa çatdırılıb, hər bir yaşayış evinə fərdi qaydada su xətti çəkilib, sayğaclar quraşdırılıb.

İslahat az xəbər verir ki, bu münasibətlə Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, Goranboy Rayon İcra Hakimiyyətinin məsul vəzifəli şəxsləri, "Azərsu” ASC-nin 7 nömrəli Regional Sukanal İdarəsinin rəhbərliyi və əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndə, yerli bələdiyyə və bir qrup kənd sakinlərinin iştirakı ilə kəndə içməli suyun verilməsi ilə bağlı tədbir keçirilib.

Onu da qeyd edək ki, bir müddət öncə Abbasqulular kənd sakinləri deputat Anar Məmmədova içməli su probleminin olması ilə bağlı müraciət etmişdilər. Deputat da öz növbəsində məsələnin həlli ilə bağlı "Azərsu” ASC-nin 7 nömrəli Regional Sukanal İdarəsinə sorğu göndərmiş və problem tezliklə aradan qaldırılıb.

Kənd sakinləri uzun illərdir uzaq məsafədən su daşıdıqlarını, nəhayət ki, bu əziyyətdən qurtulduqlarını deyib və sevinclərini bölüşüblər. Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.

İslahat az