19 Noyabr 2021
12:17
13600

Goranboyda yeni yaşayış massivinə qaz çəkilir - FOTO

96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonu 59-cu məhəllə adlanan ərazidə seçiciləri ilə görüşü zamanı sakinlər ərazidə qaz xəttinin olmaması ilə bağlı millət vəkilinə müraciət ediblər. Məsələnin həlli ilə əlaqədar Anar Məmmədov "Azəriqaz” İB-yə sorğu göndərib.

Artıq Goranboy rayonu 59-cu məhəllə adlanan ərazidə qaz xəttinin çəkilişinə başlanılıb və qaz şəbəkəsinin qurulmasında "bir pilləli” tənzimləmə sistemi tətbiq edilir ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır. Qeyd olunan yaşayış məntəqəsinə təbii qazın çəkilişi əhalinin sosial rifahının yaxşılaşdırılmasına və ekologiyanın qorunmasına xidmət edəcək.

Problemə operativ reaksiya verdiyinə görə deputat Anar Məmmədov "Azəriqaz” İB-nin rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib.

İslahat.az