Goranboy rayonu Yəhərçi Qazaxlar kəndində şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün inşa edilmiş bulaq abidə kompleksi ziyarət olunub.
İslahat.az "Yeni Gündəm”-ə istinadən xəbər verir ki, ziyarətdə Milli Məclisin deputatı Anar Məmmədov, rayon ağsaqqalları və ziyalıları, şəhid ailələri iştirak edib.
Əvvəlcə Vətən
uğrunda canlarını fəda edən şəhidlərin ruhuna dualar oxunub, əziz xatirələri
ehtiramla yad edilib. Daha sonra abidə kompleksinin önündə deputat Anar
Məmmədov şəhid ailələri ilə görüşüb, problemləri və qayğıları ilə maraqlanaraq
Goranboy rayonunda şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının
bundan sonra daimi xarakter daşıyacağını onların diqqətinə çatdırıb.
Şəhid ailələri də onlara göstərilən daimi diqqət və qayğıya görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildiriblər.
İslahat.az