28 Mart 2022
11:53
22291

Goranboyda şəhid ailələri ziyarət olunub

YAP-çı deputat Anar Məmmədovun Novruz bayramı münasibətilə şəhid ailələrinə ziyarəti davam edir.

İslahat.az ”Yeni Gündəm”-ə istinadən xəbər verir ki, deputat növbəti dəfə Goranboy rayonu Qarqucaq kənd şəhidi Aslanov Rəşadın evində qonaq olan deputat şəhid ailəsinin üzvləri ilə görüşüb, şəhid atası Aslanov Taryelin və ailənin qayğıları ilə maraqlanıb.

Görüşdə Goranboy rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun baş axundu, rayon ağsaqqalları və ziyalıları iştirak edib.

Şəhid ailəsinin üzvləri dövlətin onlara göstərdiyi diqqət və qayğıdan məmnun olduqlarını bildiriblər.

Onu da qeyd edək ki,deputat Anar Məmmədovun Goranboy rayonunda şəhid ailələri və qazilərlə görüşləri davam edir.

Bir daha şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik.

İslahat.az