09 Mart 2022
12:01
21680

Goranboyda “8 Mart-Beynəlxalq Qadınlar Günü” ilə bağlı tədbir keçirildi

Goranboy rayon Heydər Əliyev Mərkəzində "8 Mart-Beynəlxalq Qadınlar Günü” ilə bağlı tədbir keçirildi.
İslahat.az "Yeni Gündəm”-ə istinadən xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhid ailələri, rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fərqlənən bir qrup xanımlar və rayon fəalları iştirak etdilər.

Tədbirdə çıxış edənlər Azərbaycanda qadınlara göstərilən ənənəvi ehtiramdan, dövlət qayğısından danışaraq bildiriblər ki, ümummilli lider Heydər Əliyevvə cənab Prezident İlham Əliyevdaim qadınlarımızın zəhmətini, cəmiyyət həyatının müxtəlif sahələrində fəaliyyətini yüksək qiymətləndirmiş, onlara hər zaman böyük hörmətlə yanaşmışdır.

İslahat.az