31 May 2019
13:08
770

Google-dan konfidensiallıqla bağlı YENİLİK !

XÜSUSİ DÖVLƏT MÜHAFİZƏ XİDMƏTİ XÜSUSİ RABİTƏ VƏ İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ DÖVLƏT AGENTLİYİ KOMPÜTER İNSİDENTLƏRİNƏ QARŞI MÜBARİZƏ MƏRKƏZİ tərəfindən bildirilir ki, iyunun 25-dən etibarən G Suite istifadəçiləri Gmail servisində elektron məktubların göndərilməsi zamanı məxfi rejimdən istifadə edə biləcək. İşdə G Suite istifadə edirsinizsə, məxfi məktublar yaza və göndərə biləcəksiniz.

Məxfi rejim - məxfi məlumatı ehtiva edən elektron məktubun göndərilməsi zamanı olduqca faydalı ola biləcək kifayət qədər güclü vasitədir. İslahat.az xəbər verir ki, bu rejimin imkanları arasında məktubun qüvvədə olduğu müddətin təyin olunmasıdır. Başqa sözlə desək, təyin olunan konkret tarixdə məktubunuza giriş avtomatik şəkildə bloklanacaq. Beləliklə, məktubun qüvvədə olduğu müddət başa çatdıqdan sonra alan şəxs onun mətnini köçürə, başqalarına göndərə və ya cihazına yükləyə bilməz. Əlavə mühafizə təbəqəsini əlavə etmək üçün göndərilən məktubun kodla blokdan çıxarılması funksiyası quraşdırıla bilər, bu kod alan şəxsə SMS ilə göndəriləcək. İndi Google G Suite istifadəçiləri üçün susmaya görə məxfi rejimi işə salmaq imkanı təqdim edir.

Məxfi rejimi "Göndər” düyməsinin sağında yerləşən saatlı kilid işarəsinə basaraq aktiv etmək mümkündür.
 
İslahat.az