15 Mart 2022
12:57
21255

Globo Education Center Yılın Starları Ödülleri İstanbul 2022 mükafatına layiq görülüb

Globo Education CenterYılın Starları Ödülleri İstanbul 2022 mükafatına layiq görülüb.

Bu barədə məlumati İslahat.az saytına layihənin beynəlxalq üzrə direktoru Enes Furkan Bilgicli məlumat verib.

Ötən gün ölkəmizdə baş tutan gecədə bir çox məşhur simalar, incəsənət, media, müxtəlif sahələrdə uğur qazanmış şəxslər və şirkətlər iştirak ediblər. Mükafatçılar sırasında tanınmış "İnkişaf Mərkəzi Globo Education Center" yer alıb.

Qeyd edək ki, Globo beynəlxalq təcrübəyə əsaslanmış, hərtərəfli inkişafa köklənmiş, yüksək standartlara malik təhsil və inkişaf mərkəzidir. Standart bağça qrupları, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya xidməti və müxtəlif sahələri əhatə edən kursları vasitəsilə Globo uşaqlar və valideynlər üçün geniş imkanlar açır. İxtisaslaşmış kollektivi, müasir təlim strategiyaları, uşaqlar üçün konfortlu interiyeri və valideynlərin narahatlığına son qoyacaq xidmətləri ilə Globo sevilən və güvənilən məkana çevrilmişdir.

İslahat.az