03 Sentyabr 2021
15:30
20364

“Ginnesin Rekordlar Kitabı” Ronalduya xüsusi sertifikat verdi - FOTO

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu "Ginnesin Rekordlar Kitabı”na düşüb.

İslahat.az xəbər verir ki, bu barədə futbolçu öz "Instagram” səhifəsində məlumat yayıb.

İrlandiya ilə oyunda Portuqaliyanın heyətində 111-ci qoluna imza atan K. Ronaldu bu göstərici ilə dünya futbolunun tarixinə öz milli komandasında ən çox qola imza atmış futbolçusu kimi düşüb.

Bu münasibətlə futbolçuya xüsusi sertifikat təqdim olunub.

"Ginnesin Rekordlar Kitabı”na təşəkkürlər. Dünya rekordçusu olmaq həmişə xoşdur. Gəlin daha da yaxşı nəticələr əldə etməyə çalışaq!” – portuqaliyalı öz "Instaqram” səhifəsində yazıb.

 

İslahat.az